İQTİSADİYYAT

Amerikada ehtiyatların azalması neftin qiymətinə təsir edib

API-nin məlumatına görə, ABŞ-da kommersiya neft ehtiyatları bir həftə ərzində 8,3 milyon barel azalıb.
Sputnik

BAKI, 15 iyul — Sputnik. Amerika Neft İnstitutunun (API) keçən həftə ABŞ-da ehtiyatların əhəmiyyətli dərəcədə azalmasına dair məlumatı dərc etməsindən sonra neft qiymətləri yüksəlməyə başlayıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu səhər "Brent" neftinin sentyabr fyuçerslərinin qiyməti 0,51 faiz artaraq bir barelə görə 43,12 dollara yüksəlib.

"WTI" neftinin avqust fyuçersləri bir barrelə görə 0,5 faiz - yəni 40,49 dollara qədər bahalaşıb.

API-nin məlumatına görə, ABŞ-da kommersiya neft ehtiyatları bir həftə ərzində 8,3 milyon barel azalıb. Ekspertlər isə hesab edirlər ki, həftə ərzində ehtiyatlar yalnız 2,1 milyon barrel azalıb. ABŞ Energetika Departamenti rəsmi məlumatları bu axşam dərc edəcək.

Bazarlar da OPEC+ iclasını izləyəcək. Çərşənbə günü OPEC+ nazirlərin monitorinq komitəsinin (JMMC) iclası vebinar rejimində keçiriləcək. Onlayn görüş iştirakçıları neft hasilatının azaldılması haqqında Sazişin cari nəticələrini dəyərləndirəcəklər. Çərşənbə axşamı OPEC+ ekspertlərinin texniki komitəsinin iclası keçirilib.