SƏHİYYƏ

“Semaşko”nun koronavirusa yoluxan həkimi tənəffüs cihazına qoşulub

Həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Bakı Sağlamlıq Mərkəzi COVID-19 infeksiyasına yoluxan və orada müalicəsi davam edən 1 saylı Kliniki Tibbi Mərkəzin reanimatoloqu Kərəm Yaqubov durumu ilə bağlı məlumat yayıb.

Mərkəzdən Sputnik Azərbaycan-a verilən məlumata görə, həkim iyunun 3-də mərkəzin infeksion xəstəliklər şöbəsinə təngnəfəslik, tənəffüs çatışmazlığı və saturasiyasının aşağı olması göstəriciləri ilə gecə saatlarında qəbul olunub. 

Bildirilib ki, ayın 9-dan etibarən xəstənin təngnəfəslik və boğulmalarının artması səbəbi ilə o, reanimasiya şöbəsinə yerləşdirilib, intubasiya olunub və süni tənəffüs aparatına qoşulub: "Hazırda xəstə süni tənəffüs cihazındadır, müalicəsi davam etdirilir".