Ermənistan Müdafiə Nazirliyi itkilərini açıqlamağa başladı – Mayor və kapitan ölüb

Atışma nəticəsində Ermənistan ordusunun zabitləri - mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Azərbaycan Ordusunun açdığı cavab atəşi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin iki hərbçisi həlak olub.

Sputnik Ermənistan xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, atışma zamanı mayor Qaruş Ambartsumyan və kapitan Sos Elbakyan öldürülüb.