İcazə verildi – Misir də Liviyadakı münaqişəyə daxil ola bilər

İşğalçıya qalib gəlmək və ölkəmizdə, bölgəmizdə ümumi təhlükəsizliyimizi və sabitliyimizi qorumaq üçün iki qardaş xalq - Liviya və Misir arasında əlaqəli səylər göstərməyə çağırırıq.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Liviya Nümayəndələr Palatası – ölkənin şərqindəki parlament Misirin Silahlı Qüvvələrinə Liviya münaqişəsinə daxil olmağa icazə verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə parlamentin bəyanatında bildirilir.

"İşğalçıya qalib gəlmək və ölkəmizdə, bölgəmizdə ümumi təhlükəsizliyimizi və sabitliyimizi qorumaq üçün iki qardaş xalq - Liviya və Misir arasında əlaqəli səylər göstərməyə çağırırıq. Əgər hər iki ölkənin təhlükəsizliyi üçün təhdid görərlərsə, Misir Silahlı Qüvvələri, Liviya və Misirin milli təhlükəsizliyini qorumaq üçün müdaxilə etmək hüququna malikdirlər," - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, ötən həftə Misir Liviya ilə sərhəddə "Qətiyyət 2020" kod adlı genişmiqyaslı təlimlər keçirib. Təlimlərdə bütün növ Misir Silahlı Qüvvələrinin bütün növ qoşunları iştirak edib.