Artıq çəkinin olmaması sağlamlıq deyil

O, eyni zamanda orqanizmin çalışmasında problemlər yaradan hormon və protein birləşmələrinin istehsalına da səbəb olur.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Artıq çəkinin olmaması sağlamlığa zəmanət deyil.

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, çəkisi normal olan insanlarda belə qarın səthində yağ yığılması ola bilər. Mütəxəssislərin fikrincə, bu, təkcə kosmetik qüsur deyil, gələcək xəstəliklər üçün risk faktorudur.

Kök turistlərə eşşəyə minmək qadağan edilir

Əslində isə normal olaraq, qadınların bel göstəriciləri 80 sm, kişilərdə isə 94 sm olmalıdır. Tədqiqatlar göstərir ki, hər 5 sm artıq erkən ölüm riskini qadınlarda 13%, kişilərdə 17% artırır.

Lesqaft adına Novosibirsk Dövlət Universitetinin profilaktik tibb və sağlamlıq əsasları şöbəsinin müdiri Roza Tsallaqovanın sözlərinə görə, böyük qarın daxili orqanları əhatə edən və əzələlər vasitəsilə böyüyən viseral yağ yığılmasının göstəricisidir.

O, eyni zamanda orqanizmin çalışmasında problemlər yaradan hormon və protein birləşmələrinin istehsalına da səbəb olur.

Viseral yağlar ürək-damar xəstəlikləri, diabet, damarların varikoz genişlənməsi və xərçəng riskini artırır. Bundan başqa bu yağlar seksual disfunksiya və sonsuzluğa da səbəb olur.

Ekspertlər qeyd edir ki, viseral yağlardan can qurtarmağın ən effektiv yolu düzgün qidalanma, nizamlı yuxu və fiziki yüklənmədir. Bəzi xəstələrə isə endokrinoloq nəzarət etməlidir.