Hələ gözlənilmir! Avropa iqtisadiyyatı nə vaxt bərpa olacaq?

Avropa pandemiyanın bir neçə il davam etməsinə və ardınca yeni epidemiyaların gəlməsinə hazırlaşmağa başlamalıdır.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Avropa İttifaqı (Aİ) ölkələrinin real ümumi daxili məhsulu (ÜDM) 2019-cu ilin səviyyəsinə yalnız 2022-ci ildə qayıdacaq.

Lukaşenko anons etdi – İqtisadi, ekoloji problemlər kəskinləşəcək

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin Direktoru Poul Tomsen məqaləsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ildə Aİ ölkələrinin real ÜDM-i 9,3 faiz azalacaq və yalnız bundan sonra tədricən bərpa olmağa başlayacaq.

Tomsen qeyd edir ki, iqtisadiyyatın artım tempinə koronavirusdan effektiv dərmanın yaradılması və ya xəstəliyin yeni dalğaları əhəmiyyətli dərəcədə təsir göstərə bilər.

Ekspert həmçinin deyib ki, böhrandan sonrakı iqtisadiyyat xeyli yenidənqurma tələb edəcək. O qeyd edib ki, hakimiyyət pandemiyanın bir neçə il davam etməsinə və ardınca yeni epidemiyaların gəlməsinə hazırlaşmağa başlamalıdır. Məhz buna görə də Avropa ölkələri uzun müddət ərzində sosial distansiya tədbirlərinə əməl etmək üçün yararlı olan yeni və daha ekoloji iqtisadiyyata can atmalıdır.