Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuz rayonunun Dondar Quşçu kəndini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutub.
Ermənistan Silahlı Qüvvələri yenidən yaşayış evlərini hədəf alıb. Kənd sakini Namiq Əliyevin evinə mərmi düşüb. Xəsarət alan olmasa da, evə ciddi ziyan dəyib. Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində kənd sakininə dəyən ziyanı Sputnik Azərbaycan-ın hazırladığı fotolentdən görə bilərsiz.