BAKI, 14 iyul — Sputnik. Qarşı tərəfin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri davam edir. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.
Bu tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.