Ermənistan ordusu döyüşdə daha iki nəfərini itirib - RƏSMİ

Stepanyan bundan əvvəl 28 yaşlı kapitan Sos Elbakyan və 31 yaşlı mayor Qaruş Ambarsumyanın döyüşdə öldürüldüyünü açıqlamışdı.
Sputnik

BAKI, 14 iyul — Sputnik. Ermənistan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə daha iki nəfəri itirdiyini etiraf edib.

Sputnik Ermənistan-ın məlumatına görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan sosial şəbəkədə daha iki erməni hərbçinin öldüyünü açıqlayıb.

Kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyan Azərbaycan Silahlı Qüvvələri ilə döyüşdə məhv edilib.

Stepanyan bundan əvvəl 28 yaşlı kapitan Sos Elbakyan və 31 yaşlı mayor Qaruş Ambarsumyanın döyüşdə öldürüldüyünü açıqlamışdı.