Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 13 iyul – Sputnik. Qazaxıstan Respublikası Azərbaycan-Ermənistan sərhədində insan tələfatı ilə nəticələnən silahlı insidentdən dərin narahatlıq ifadə edir. Bu barədə Sputnik Azərbaycan Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
"Bizə dost olan Azərbaycan Respublikası və Ermənistan Respublikasını təmkinli olmağa və mübahisəli məsələləri güc yolu ilə həll etməkdən çəkinməyə çağırırıq. Pandemiyanın fonunda və dünyada sosial-iqtisadi vəziyyətin pisləşdiyi bir vaxtda qarşıdurmanın dərinləşməsi nəticələri məlum olmayan mənfi nəticələrə gətirib çıxara bilər. İlk növbədə ikitərəfli formatda sülh və razılaşmanın teziliklə əldə ediləcəyinə ümid edirik. Münaqişənin BMT,ATƏT, MDB, AQEM kimi beynəlxalq təşkilatlar çərçivəsində dinc yolla həlli üçün hər cür yardım göstərməyə hazırıq", - deyə bəyanatda bildirilir.