Ekspres avtobusların dayanacaq məntəqələri dəyişdirildi

Ekspres xətlər üzrə avtobuslar müntəzəm xətlər üçün müəyyən edilən daimi dayanacaq məntəqələrindən bir qədər aralıda dayanacaq.
Sputnik

BAKI, 13 iyul — Sputnik. Ekspres xətlər üzrə avrobusların üçün yeni müvəqqəti dayanacaq məntəqələri müəyyən edilib. Bakı Nəqliyyat Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ekspres xətlər üzrə avtobuslar müntəzəm xətlər üçün müəyyən edilən daimi dayanacaq məntəqələrindən bir qədər aralıda dayanacaq.

Artıq bununla bağlı ərazidə müvafiq işlər görülüb, nişanlar qoyulub. Məqsəd dayanacaq məntəqələrində sərnişinlər arasında sosial məsafənin qorunmasını təmin etməkdir.