Dərgahlı: "Təxribatları sosial şəbəkələr vasitəsilə həyata keçirməyə çalışırlar"

Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik.
Sputnik

BAKI, 13 iyul — Sputnik. "Düşmən təxribatlarını təkcə cəbhə xəttində deyil, həm də sosial şəbəkələr vasitəsi ilə həyata keçirməyə çalışır".

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, düşmən sosial şəbəkələrdə yalan məlumatlar yayır: "Guya onlar bizim hərbi texnikamızı, guya ordumuza məxsus PUA-nı vurublar, yaralılarımız çoxdur, guya onlara qan çatdıra bilmirik. Bu məlumatların hamısı yalandır. Bizim heç bir texnikamız və ordumuza məxsus PUA vurulmayıb, yaralılarımız da çox deyil. Xalqımızı düşmənin təxribatına inanmamağa çağırıram".