CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Səhnəmizin Leylisi koronavirusa yoluxub, vəziyyəti ağırdır

"Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm"
Sputnik

BAKI, 12 iyul — Sputnik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının Xalq artisti, Prezident mükafatçısı Nəzakət Teymurova koronavirusa yoluxub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Hacı Nuran sosial şəbəkədə yazıb.

"Onun koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir və bizim medianın da gözündən heç nə yayınmır. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hazırda xəstəxanaya yerləşdirilib. Amma necə olursa-olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var. Allah səni sevdiklərin üçün qorusun, gözəl insan", - deyə Hacı Nuran qeyd edib.