BAKI, 11 iyul — Sputnik. Azərbaycan neftinin qiyməti bahalaşıb.
Sputnik Azərbaycan xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,55 dollar artaraq 44,17 dollar olub.
"Brent" markalı neftin qiyməti 0,89 dollar artaraq 43,24 dollar, "Light" markalı neftin qiyməti isə 0,93 dollar bahalaşaraq 40,55 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.