CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Gələn həftə üç ölkədən vətəndaşlarımız təxliyə olunacaqlar

"Vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub"
Sputnik

 

BAKI, 10 iyul — Sputnik. Rəqəmlərdə müəyyən stabilləşmə tendensiyası özünü göstərir, artıq yoluxanlarla sağalanlar arasında az fərq var. Lakin bu, bizi qane etmir və biz mübarizəni davam etdiririk.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın brifinqində deyib.

O vurğulayıb ki, vətəndaşların məsuliyyəti, dövlətlə birgə olması, göstərdikləri fəaliyyət nəticəsində mövcud vəziyyətin stabilləşməsinə nail olunub.

Hikmət Hacıyev, həmçinin qeyd edib ki, qarşıdan gələn həftə Rusiyadan 250 vətəndaşın ölkəmizə gətirilməsi nəzərdə tutulur: "Gələn həftə İran və Gürcüstandan da bir qrup Azərbaycan vətəndaşının vətənə gətirilməsi planlaşdırılır".