Altı ay sonra üzə çıxan həqiqət - Bir gün COVİD-19 barədə doğrular da belə aşkar olacaq

Kallamar qeyd edib ki, Süleymaninin Bağdada hava limanından ayrılan konvoyuna zərbəni əsaslandırmaq üçün lazımi qədər sübut təqdim etməyib: "Birləşmiş Ştatlar öz maraqlarına qarşı davam edən və ya qaçılmaz bir təhdid olmasına dair kifayət qədər sübut təqdim etməyib".
Sputnik

BAKI, 10 iyul — Sputnik. Bu ilin yanvarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymaninin və daha 9 nəfərin ölümü ilə nəticələnən ABŞ-ın İraq ərazisində həyata keçirdiyi dron hücumu beynəlxalq hüququn pozulmasıdır. Sputnik Azərbaycan xəbər verir ki, bu fikirlər BMT-nin məhkəmədənkənar edamları üzrə xüsusi məruzəçisi Agnes Kallamar öz hesabatında qeyd edib.

Kallamar qeyd edib ki, Süleymaninin Bağdada hava limanından ayrılan konvoyuna zərbəni əsaslandırmaq üçün lazımi qədər sübut təqdim etməyib: "Birləşmiş Ştatlar öz maraqlarına qarşı davam edən və ya qaçılmaz bir təhdid olmasına dair kifayət qədər sübut təqdim etməyib".

Hazırladığı hesabatda hücumun BMT nizamnaməsini zidd olduğunu qeyd edən Kallamar vurğulayıb ki, silahlı dronlar vasitəsilə məqsədli şəkildə qətllərə görə məsuliyyətə günahkarlar cəlb olunmalı və silahlara nəzarət gücləndirilməlidir: "Dronların istifadəsinə gəldikdə dünya kritik dönəmdən, bəlkə də həll edici an yaşayır... Təhlükəsizlik Şurası reaksiya vermir, beynəlxalq birlik ixtiyari və qeyri-ixtiyari susur".

Kallmard ötən gün hesabatını BMT-nin İnsan Haqları üzrə Şurasına təqdim edib. Qeyd edək ki, ABŞ bu Şuranı iki il əvvəl tərk edib.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo məsələyə münasibət bildirərək ölkəsinin hesabatı kəskin şəkildə rədd etdiyini bildirib.

"Biz İran generalı qaşım Süleymaninin ölümü ilə bağlı BMT-nin xüsusi məruzəçisinin silahlı dronların məqsədyönlü qətllərdə istifadəsi ilə bağlı hesabatını rədd edirik. ABŞ beynəlxalq hüquq təməlləri mövzusunda şəffafdır və həmişə ABŞ-ı qorumaq üçün hərəkət edəcək", - deyə Pompeo öz "Twitter" səhifəsində yazıb.

Xatırladaq ki, ilin əvvəlindən bəri ABŞ-İran münasibətləri yenidən gərginləşib. Belə ki, yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı "Qüds" Qüvvələrinin komandanı general Qasım Süleymani, Hüseyn Pur Cəfəri, Şəhruz Müzəffərinia, Hadi Taremi, Vəhid Zamaninia və İraqın könüllü "Həşdi-Şaabi" qruplaşmasının komandir müavini Əbu Mehdi Əl-Mühəndis daxil olmaqla 10 nəfər öldürülüb. İranın Ali dini lideri Əli Xamneyi və İran Prezidenti Q.Süleymaninin ölümünə görə ABŞ-dan qisas alınacağını bəyan ediblər.

Yanvarın 8-i isə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusu ABŞ-ın İraqdakı aviabazalarına raket zərbəsi endirib.