SƏHİYYƏ

Reanimasiyaya yerləşdirilən xəstələrimizin sayı artıb

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.
Sputnik

BAKI, 9 iyul – Sputnik. Azərbaycanda süni tənəffüs cihazında olan koronavirus xəstələrinin sayı 59 nəfərdir.

Koronavirusa qarşı yeni dərmanlar tapıldı

Bu barədə Sputnik Azərbaycan-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) istinadən xəbər verir.

Qeyd edilir ki, xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 329 nəfərə çatıb. Xatırladaq ki, dünən xəstəxanaların reanimasiya şöbələrində müalicə edilən xəstələrin sayı 317 nəfər idi.

Azərbaycanda 548 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 491 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 22 464 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 591 nəfər müalicə olunaraq sağalıb, 284 nəfər vəfat edib, 8 589 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 7 505 koronavirus testi aparılıb.