RUSİYA

İş adamlarının qətllərini sifariş verən qubernator saxlanıldı

Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.
Sputnik

BAKI, 9 iyul — Sputnik. Rusiyanın Xabarovsk diyarının qubernatoru Sergey Furqala qarşı cinayət işi açılıb. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib.

O qeyd edib ki, Sergey Furqal 2004-2005-ci illərdə Xabarovsk ərazisi və Amur bölgəsində bir sıra sahibkarların qətlini təşkil etməkdə şübhəli bilinərək tutulub.

Petrenko qeyd edib ki, iş üzrə cinayətkar qrupun daha dörd fəal üzvü saxlanılıb. Artıq saxlanılan şəxslərə qarşı ittiham irəli sürülüb. Yaxın saatlarda Furqala da ittiham elan olunacaq.