İran viran qalıb – Bir gündə 221 nəfər koronavirusdan öldü

Daha əvvəl İranda ölüm sayına görə anti-rekord iyunun 29-u qeydə alınıb. Belə ki, həmin vaxt qonşu ölkədə 162 nəfər virusdan ölmüşdü.
Sputnik

BAKI, 9 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2079 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Koronavirusa qarşı yeni dərmanlar tapıldı

"Son 24 saat ərzində koronavirusa 22079 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 250558-ə çatıb. Bir gün ərzində 221 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 12305-ə çatıb", - deyə məlumatda bildirilib.

O, həmçinin qeyd edib ki, virusa yoluxan 250558 şəxsdən 212176 nəfəri sağalıb.

Daha əvvəl İranda ölüm sayına görə anti-rekord iyunun 29-u qeydə alınıb. Belə ki, həmin vaxt qonşu ölkədə 162 nəfər virusdan ölmüşdü.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 12 milyonu keçib, 549 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.