RUSİYA

Rusiyada psixoloji rəqəm keçildi – 700 min yoluxan var

Ölkə üzrə son sutkada 173 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 10 667 nəfərə yüksəlib.
Sputnik

BAKI, 8 iyul – Sputnik. Rusiyada son sutka ərzində koronavirusa 6  562 yeni yoluxma halı qeydə alınıb.https://sputnik.az

Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Koronavirusun Yayılması ilə Mübarizə üzrə Operativ Qərargahdan bildirilib. 

Bununla da ölkədə COVID-19 xəstələrinin sayı 700 792 nəfərə çatıb.

Qeyd olunub ki, son sutkada 173 nəfər koronavirusdan ölüb və infeksiya qurbanlarının sayı 10 667 nəfərə yüksəlib.

Ümumilikdə isə 472 511 pasiyent koronavirusdan sağalıb.