HADİSƏ

Qəbələdə keçən il yanan ərazilər yenidən alovlandı

Yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib.
Sputnik

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 iyul – Sputnik. Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, yanğınsöndürmə işlərinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Xatırladaq ki, keçən il də həmin ərazilərdə, eləcə də yaxın ərazilərdə hektarlarla ərazi yanaraq kül olmuşdu.