Texniki baxış müddəti başa çatmış avtomobillərin sahiblərinə xəbərdarlıq

"Hazırda texniki baxış şöbələrindəki polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar və baxış prosesi olduqca qısa çəkir"
Sputnik

BAKI, 8 iyul — Sputnik. "Xüsusi karantin rejmi tətbiq edilən 16 şəhər və rayonda yaşayan avtomobil sahibləri SMS vasitəsi ilə 2 indeksi üzrə icazə alıb avtomobillərini texniki baxışdan keçirə bilərlər''.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Baş Dövlət Yol Polisinin şöbə rəisi Kamran Əliyev bildirib. O deyib ki, hazırda texniki baxış şöbələrindəki polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar və baxış prosesi olduqca qısa çəkir.