CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB qəzaya düşən həkimlərlə bağlı məlumat yaydı

"5 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, xəsarət alan iki nəfər isə müayinəyə göndərilib"
Sputnik

BAKI, 8 iyul — Sputnik. Quba Rayon Mərkəzi Xəstəxanasından geri qayıdarkən yol qəzasına düşən 7 nəfərlik həkim briqadasından 5 nəfər evə buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a bildirib ki, "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi"nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib. R.Əliyeva qeyd edib ki, evə buraxılan həkimlərin xəsarətləri yüngül olub: "5 nəfərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıb, xəsarət alan iki nəfər isə müayinəyə göndərilib".

Xatırladaq ki, Quba Rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat Şəhər Mərkəzi Xəstəxanasının tibbi personalının 7 nəfərlik həkim briqadası təcili tibbi yardım avtomobilində qəzaya düşüblər. Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.