BAKI, 8 iyul — Sputnik. Pentaqon rəhbəri Mark Esper vəzifədə olduğu ilk ilə dair hesabatında Rusiyanın uğurlu şəkildə "qarşısının" alındığını məruzə edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Pentaqonun rəsmi saytında yerləşdirilib.
"Ötən il nazirlik Şimali Koreya və İran kimi hamı tərəfindən təcrid olunmuş ölkələrin, həmçinin Rusiya və Çin kimi yaxın rəqiblərinin aqressiv hərəkətlərinin qarşısını alıb", - deyə Esper qeyd edib.
Uğurlara dair digər nümunə kimi onlarla əsas əhəmiyyət əmalik terrorçuların məhvi, o cümlədən Fars körfəzi və Cənub-Çin dənizinin mübahisəli sularında ticarətin və gəmilərin hərəkətinin təmin olunması ilə nəticələnən terrora qarşı əməliyyatların keçirilməsi və dəstəklənməsini göstərib.
Qeyd edək ki, Mark Esper ABŞ-ın Müdafiə Nazirliyinə ötən ilin iyulun 23-dən rəhbərlik etməyə başlayıb, buna qədər isə o, ABŞ-ın ordu naziri olub.