Pekin Vaşinqtona sərt cavab verdi – Hərbi dominantlıq üçün

Mən sizə bir rəqəmi təqdim etmək istəyirəm. ABŞ-ın nüvə arsenalı 5800-6000 döyüş başlığı təşkil edir. Bu Çinin nüvə arsenalından 20 dəfə çoxdur.
Sputnik

BAKI, 8 iyul — Sputnik. Birləşmiş Ştatların nüvə arsenalı Çinin arsenalından əhəmiyyətli dərəcədə çoxdur və rəsmi Vaşinqton bu fərqi artırmaq niyyətindədir. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin silahlanmalara nəzarət üzrə departamentinin direktoru Fu Çun bildirib.

"Mən sizə bir rəqəmi təqdim etmək istəyirəm. ABŞ-ın nüvə arsenalı 5800-6000 döyüş başlığı təşkil edir. Bu Çinin nüvə arsenalından 20 dəfə çoxdur. Bu göstəricilər dünyaca məşhur beynəlxalq analitik institutların məlumatlarına əsaslanır", - deyə Fu Çun qeyd edib.

O vurğulayıb ki, Birləşmiş Ştatlar bunu gözəl bilir: "Birləşmiş Ştatlar növbəti 10 ildə 500 milyard, daha sonrakı 30 ildə isə 1,2 trilyon dollar investisiya yatırmaq istəyir: "Çindən üçtərəfli danışıqlarda iştirak etməsini istəmək – hərbi dominantlıq əldə etmək üçün öz əllərini açmaq üçün bəhanədən başqa bir şey deyil".

Fu Çun qeyd edib ki, Çinin bu danışıqlardan imtina etməsi, onun nüvə silahından imtinaya dair beynəlxlaq prosesdən çıxması anlamına gəlmir.