Şimali Koreya ABŞ-la danışıqlardan imtina etdi - Şokdayıq

Şimali Koreya ən yüksək səviyyədə danışıqlara ehtiyac görmür və mümkün sammit barədə məlumatlardan şoka düşür
Sputnik

BAKI, 7 iyul — Sputnik. Rəsmi Pxenyan Vaşinqtonla danışıqlar aparmaq niyyətində deyil. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Şimali Koreyanın Xarici İşlər Nazirliyinin ABŞ-la iş üzrə departamentinin rəhbəri Kvon Çjon Qın bildirib.

Xarici İşlər Nazirliyinin rəsmisi qeyd edib ki, Birləşmiş Ştatlar Pxenyana qarşı "düşmənçilik siyasətindən əl çəkmir", yeni şərtlər təqdim etməyə hazır deyillər və "Şimali Koreya – ABŞ" sammiti mövzusunu ölkədaxili böhranı həll etmək üçün istifadə edir: "Şimali Koreya ən yüksək səviyyədə danışıqlara ehtiyac görmür və mümkün sammit barədə məlumatlardan şoka düşür: "Birmənalı olaraq yenidən bəyan edirik ki, ABŞ-la üzbəüz görüşmək niyyətində deyilik".