RUSİYA

Rusiya xüsusi təyinatlıları şəhəri faciədən xilas etdilər

Həştərxan sakini eyni inzibati binaya silahlı hücum yolu ilə terror aktı törətmək barədə qərar qəbul edib
Sputnik

BAKI, 7 iyul — Sputnik. Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Həştərxan vilayətində İraq və Şam İslam Dövlətinin (İŞİD) tərəfdarı olan sakini saxlayıb. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, saxlanılan şəxs Həştərxan şəhərində terror aktı törətməyi planlaşdırıb.

Məlumata əsasən, 1987-ci il təvəllüdlü Həştərxan sakini İŞİD liderinə and içərək onu öz əmiri seçib: "O eyni zamanda Həştərxanda inzibati binaya silahlı hücum yolu ilə terror aktı törətmək barədə qərar qəbul edib".

Faktla bağlı araşdırma aparılır.