Ölkədə bütün güc koronavirusla mübarizə üçün səfərbər edilib. İlk aylarda əhali arasında virusa qarşı inamsızlıq olsa da, artıq hər kəs təhlükənin nə qədər ciddi olduğunu anlayır. Şəhərdə maskasız insan görmək nadir bir hala çevrilib.
Özümüzü bütün sevdiklərimizdən təcrid etmişik, onların gülüşünü və təbəssümünü görmək üzünə həsrət qalmışıq. Bunun sonu isə yalnız koronavirus bizi “tərk edəndən” sonra gələcək. Hər ay müxtəlif yeni tədbirlər tətbiq edilir. Biz isə sakinlərimizdən daha hansı tədbirlərin zəruri olduğu barədə soruşduq. Eşitdiyimiz hər cavab bir-birindən fərqli və maraqlı oldu. Daha ətraflı videomuzda izləyin.
Qeyd edək ki, ölkədə iyulun 20-ə qədər sərt karantin rejimi tətbiq edilib. Bu həftədən etibarən metro işləmir. Evdən çıxmaq yalnız sms-xəbərdarlıq və xüsusi iş icazəsi ilə mümkündür.