CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda virusa yoluxmanın kəllə-çarxa çıxdığı ərazilər

Hazırda Azərbaycanda ümumi yoluxanların 55,1 faizi paytaxtdadır. Ən az yoluxma 0,3 faizlə Pirallahı rayonunun payına düşür
Sputnik

 

BAKI, 7 iyul — Sputnik. Bakı şəhəri üzrə ən çox yoluxma halları Binəqədi, Yasamal və Xətai rayonlarındadır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə koronavirusinfo.az saytında məlumat qeyd edilib. Belə ki, hazırda Azərbaycanda ümumi yoluxanların 55,1 faizi paytaxtdadır. Paytaxt üzrə yoluxanların 12,8 faizi Binəqədi, 12,4 faizi Yasamal, 11,9 faizi isə Xətaidə qeydə alınıb. Sonrakı yerlərdə 11,8 faizi isə Sabunçu, 10,4 faizi Nəsimi, 8,8 faizi Nərimanov, 8,7 faizi Suraxanı, 8,6 faizi Nərimanov, 8,2 faizi Nizami, 5,7 faizi Qaradağ, 4,7 faizi Səbail, 4,2 faizi Xəzər, 0,3 faizi Pirallahı rayonlarının payına düşür.