BAKI, 7 iyul — Sputnik. “Azərsu” ASC əməkdaşlarının koronavirus testindən keçirilməsi üçün təkliflər sorğusu elan edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, sorğuda iştirak etmək istəyənlər təkliflərini iyulun 16-sı, saat 16:00-a qədər səhmdar cəmiyyətinin Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 67 ünvanında yerləşən inzibati binasına - qurumun Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmalıarın təşkili şöbəsinə təqdim edə bilərlər.
Təkliflərə iyulun 17-də, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq. Əlaqələndirici şəxs Məmmədyar Musayevdir. Telefon: (012) 431-47-67 (daxili: 2288).