Bankların dollara tələbi artıb

Beləliklə, bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,3% və ya 0,7 mln. dollar artıb.
Sputnik

BAKI, 7 iyul — Sputnik. Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, hərracda tələb 53,8 mln. ABŞ dolları olub və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Beləliklə, bugünkü valyuta hərracında tələb əvvəlki hərracla müqayisədə 1,3% və ya 0,7 mln. dollar artıb.

Xatırladaq ki, 02 iyul 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 53,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.