RUSİYA

Rusiyada helikopter sərt eniş etdi – Ölən və yaralı var

Hadisə Kirsalovo qəsəbəsində, düyü yetişdirilən sahədə baş verib. İnsident nəticəsində bir nəfər ölüb
Sputnik

BAKI, 6 iyul — Sputnik. Rusiyanın Rostov əyalətində "Mi-2" helikopteri sərt eniş edib.

Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Kirsalovo qəsəbəsində, düyü yetişdirilən sahədə baş verib. İnsident nəticəsində 1 nəfər ölüb, daha 1 nəfər xəsarət alıb.

İlkin məlumata görə, qəzaya səbəb mühərrikdə nasazlığın baş verməsi olub.