BAKI, 6 iyul — Sputnik. Nüvə silahı da daxil olmaqla, silahlanmalara nəzarət üzrə dünya sistemi çökə bilər. Sputnik Belarus xəbər verir ki, bunu Belarusun Prezidenti Aleksandr Lukaşenko bildirib.
"Nüvə silahı da daxil olmaqla, silahlanmalara nəzarət üzrə dünya sisteminin çökməsi real təhdid olub", - deyə Lukaşenko qeyd edib.
Belarus Prezidenti qeyd edib ki, hazırda dünyanın nəhəng dövlətlərinin geosiyasi maraqlarının toqquşması nəticəsində yaranan münaqişələrin həlli üçün universal həll yolu yoxdur: "Aydındır ki, Şərqi Avropada hərbiləşdirmə və bizim sərhədin yaxınlığı da daxil olmaqla hərbi fəaliyyətin aktivləşməsi yaxşı heç nəyə aparmır. Hərbi sahədə risklər və çağırışlar artır, ölkələr arasında inam azalır və bu fonda iqtisadi, demoqrafik, o cümlədən ekoloji problemlər kəskinləşəcək".