HADİSƏ

Qızılağac milli parkın ərazisində yanğın başlayıb

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.
Sputnik

BAKI, 6 iyul — Sputnik. 6 iyul 2020-ci il tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.