SƏHİYYƏ

Gəlin, qan verin! Koronavirusdan sağalanlara yeni müraciət

"Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir"
Sputnik

BAKI, 6 iyul — Sputnik. Mərkəzi Qan Bankı koronavirusdan sağalan şəxslərə yenidən müraciət edib. Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətdə bildirilir ki, koronavirusdan sağalmış şəxslər hazırda ölkəmizdə müalicə alan ağır koronavirus xəstələrinə öz qanlarını hədiyyə edə bilərlər: "Konvalesent plazma müalicə üsulu ilə həmin şəxslərin qanından alınmış plazma ağır xəstələrə köçürülür. Sənin mübarizən bitsə də, ölkəmizdə koronavirusla mübarizə davam edir".

Qeyd edək ki, Mərkəzi Qan Bankı bir müddət əvvəl də koronavirus infeksiyasından sağalmış insanların ağır xəstələrə donor olmaları ilə bağlı müraciət etmişdi. Mərkəzi Qan Bankının əlaqə nömrələri:

907

+99412 440 65 86

+99412 440 78 50

+99412 441 66 52.