BAKI, 5 iyul – Sputnik. Dünyada bu ilin üçüncü Ay tutulması müşahidə olunub.
Sputnik Azərbycan xəbər verir ki, saat 07:07-dən başlayan yarımkölgəli Ay tutulması saat 08:31-də maksimum həddə müşahidə edilib və saat 09:52-də başa çatıb.
Bu təbiət hadisəsi Cənub/Qərbi Avropa, Afrika və Şimali Amerikanın çox hissəsi, Cənubi Amerika, Sakit, Atlantik və Hind okeanları və Antarktidada müşahidə edilib. Tutulmanın maksimum fazasında Ay adi bədirlənmiş (dolu) Aydan bir az tünd görünüb.
Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.
Qeyd edək ki, 2020-ci ildə ümumilikdə 6 tutulma hadisəsi (ikisi Günəş, dördü isə Ay) müşahidə olunacaq. Sonuncu dəfə bu sayda tutulma hadisəsi 2009-cu ildə baş verib.