Tramp bir daha koronavirusa görə Çini cəzalandıracağına söz verib

"Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi. Çin tam məsuliyyətə cəlb edilməlidir"
Sputnik

BAKI, 5 iyul - Sputnik. ABŞ prezidenti Donald Tramp yenidən koronavirus pandemiyasına görə Çin Xalq Respublikasını cəzalandıracağını vəd verib.

Bu barədə “Report” məlumat verir.

"Çinin yalanı, onun gizliliyi və problemləri xalçanın altına süpürmək cəhdləri virusun 189 ölkədə yayılmasına imkan verdi. Çin tam məsuliyyətə cəlb edilməlidir", - Müstəqillik Günü münasibəti ilə çıxışında Tramp deyib.

Onun sözlərinə görə, Çindən yalnız koronavirus deyil, "həm də başqa viruslar çıxıb". Ancaq ABŞ prezidenti nəyi nəzərdə tutduğunu izah etməyib.