BAKI, 5 iyul – Sputnik. Azərbaycanda iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, bununla bağlı tibbi-meteoroloji proqnoz açıqlanıb.
Proqnoza görə, Abşeron yarımadasında iyulun 6-7-də gündüz saatlarında isti temperatur diskomfortu gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.