BAKI, 4 iyul — Sputnik. Rusiya istehsalı olan "T-14" "Armata" tankları "ekipajsız rejimdə" test edilib. Bu barədə Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir.
Rusiya müdafiə-sənaye kompleksində olan mənbə bildirib ki, pilotsuz rejim ilkin sınaqlar mərhələsində test edilib.
Qeyd edək ki, Suriyada Rusiyanın əməliyyatlar keçirdiyi vaxt T-14 "Armata" tankı, radio-elektron mübarizə sistemləri və digərləri döyüş şəraitində sınaqdan uğurla keçib. Misir, Hindistan, Çin və digər ölkələrlə danışıqlardan sonra Moskva T-14 "Armata" üçün ilkin sifarişləri alıb.