CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qazaxda ailə qurmaq istəyənlərin bəxti əvvəldən gətirmədi

Evlənmək və nişan eləmək artıq cinayət əməlidir və polislər bunu qazaxlılara aydın şəkildə başa salıblar.
Sputnik

BAKI, 4 iyul — Sputnik. Qazaxda nişan mərasimi etmək istəyən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, iyul ayının 3-də Qazax Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən "Sərin Göl" restoranında nişan mərasimin keçirliməsi barədə məlumat daxil olub. Dərhal RPŞ-nin əməkdaşları adıçəkilən restorana gələrək nişan mərasimini dayandırıb, obyekt sahibi və digər qonaqlar saxlanlıraq polis şöbəsinə gətirilib.

Şöbədə aparılan müvafiq araşdırmalarla məlum olub ki, rayon sakini Tahir Muradov əvvəlcədən obyektin sahibi, əvəllər məhkum olunmuş, Tahir Novruzov ilə danışaraq restoranda nişan mərasimi keçirmələri barədə razılığa gəliblər.