BAKI, 3 iyul — Sputnik. Aparılacaq təmir işləri ilə əlaqədar olaraq 4 və 5 iyun tarixlərində "3-cü mikrorayon" dairəsi üzərindən keçən yol ötürücüsünə "20 Yanvar" dairəsi istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli məlumat verib.
Onun sözlərinə görə, alternativ olaraq sürücülər prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.
Yarana biləcək müvəqqəti narahatlığa görə AAYDA vətəndaşlardan üzr istəyir.