Türkiyədə fişəng fabriki partladı - 4 ölü, 100-ə yaxın yaralı

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunublar.
Sputnik

BAKI, 3 iyul — Sputnik. Türkiyənin Sakarya əyalətinin Hendek rayonunda fişəng fabrikindəki partlayış nəticəsində 4 nəfər ölüb, 100ə yaxın adam yaralanıb.

Sputnik Türkiyə xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Sakarya valisi Çetin Oktay Kaldırım isə fabrikin anbarında 110 ton partlayıcının olduğunu bildirib.

Partlayış səsləri 50 km aralıdakı yaşayış məntəqəsində də eşidilib. Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadaları və xilasedicilər cəlb olunublar.

Hadisənin səbəbi hələ ki, məlum deyil.