CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu "Son zəng"in səsi uzun illər yaddaşlardan silinməyəcək

Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub
Sputnik

BAKI, 3 iyul — Sputnik. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilmiş xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində "Son zəng" şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimə ediliblər.

Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.