CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir tibb işçimiz koronovirusun qurbanı oldu

1971-ci il təvəllüdlü Fərman Süleymanov bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.
Sputnik

BAKI, 3 iyul – Sputnik. Koronavirusdan daha bir tibb işçisi vəfat edib.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, 1971-ci il təvəllüdlü Fərman Süleymanov bu gün Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dünyasını dəyişib.

Daha bir tibb işçimiz koronovirusun qurbanı oldu

Xatırladaq ki, F.Süleymanov Sumqayıt şəhər 2 saylı Doğum Evində anestezioloq, reanimatoloq vəzifəsində çalışıb.