BAKI, 3 iyul — Sputnik. "Arb24" Televiziyasının baş redaktor müavinində koronavirus aşkarlanıb.
Sputnik Azərbaycan unikal.org-a istinadən bildirir ki, baş redaktor müavini Aynur Nəsirovanın koronavirusla bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb. O, müvəqqəti olaraq vəzifəsinin icrasını dayandırıb. Hazırda A.Nəsirovanın müalicəsi davam edir.
Xəbəri ARB Televiziyasından unikal.org-a təsdiqləyiblər.