Rahat nəfəs almaq olar. Alman virusoloq koronavirusun ikinci dalğasını istisna edir

Nə milli, nə də beynəlxalq səviyyədə SARS-CoV-2 koronavirusunun ikinci dalğası olacaq, lakin virus da "yox olmayacaq". Alim belə hesab edir.
Sputnik

BAKI, 3 iyul — Sputnik. Bonn Universitetinin Tibb Fakültəsinin Virusologiya və İİV Tədqiqatları İnstitutunun direktoru, professor Hendrik Ştrik (Hendrik Streeck) koronavirusun ikinci dalğasının niyə olmayacağını izah edib.

Sputnik Azərbaycan xəbər verir ki, RİA Novosti-yə verdiyi müsahibədə, Ştrik nə milli, nə də beynəlxalq səviyyədə SARS-CoV-2 koronavirusunun ikinci dalğasının olacağını, lakin virusun da "yox olmayacağını" və yeni endemik koronavirusa çevriləcəyini izah edib.

"Hazırda dünyada insanın dörd endemik koronavirusu var. Bu dörd virus qış aylarında Avropada insanlar arasında qripə yoluxma hallarının 10-30 faizinə səbəb olur. Əksər hallarda, insanın endemik koronavirusları yuxarı və aşağı tənəffüs yollarının xəstəliklərinə səbəb olur. Hesab edirəm ki, SARS-CoV-2 də endemik koronavirusa çevrilir", – Hendrik Ştrik bildirib.

O, yeni növ koronavirusun vaksin meydana gəlməmişdən əvvəl məhv edilə bilməyəcəyini də deyib.