CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

SMS icazə və avtomobil! Dövlət agentliyi aydınlıq gətirdi

Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur
Sputnik

BAKI, 2 iyul – Sputnik. Bakı və bakıətrafı ərazilərdə karantin postlarının götürülməsindən sonra 8103 SMS icazə sisteminin fəaliyyəti ilə bağlı dəyişiklik yoxdur.

SMS icazə sistemində yenilik: 8103-ə fərqli mesaj göndərmək lazımdır

Bunu Sputnik Azərbaycan-a açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

Onun sözlərinə görə, sistemlə əlaqəli hər hansı bir yenilik olarsa bu barədə ictimaiyyətə məlumat veriləcək: "Müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək üçün şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının da 8103-ə göndərilməsinə ehtiyac yoxdur".

Xatırladaq ki, bundan əvvəl müvafiq indeks üzrə yaşayış yerini avtomobillə tərk etmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsinin seriya nömrəsi ilə yanaşı, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını da 8103-ə göndərməli olduğu barədə məlumat yayılmışdı.