İQTİSADİYYAT

Səudiyyə Ərəbistanı yeni müharibə ilə hədələdi, neft qiymətləri kəskin düşə bilər

Energetika naziri Abdulaziz ben Salman əl-Saud bəyan edib ki, əgər ölkələr razılaşmaya qarşı çıxsalar, krallıq neft qiymətlərini kəskin şəkildə aşağı salacaq və hər iki ölkənin mövqelərini zəiflədəcək: "Biz sizin alıcılarınızı bilirik".
Sputnik

BAKI, 2 iyul — Sputnik. Əgər Anqola və Nigeriya neft hasilatının azaldılması üzrə "OPEC+" çərçivəsində öhdəliklərini yerinə yetirməsələr, Səudiyyə Ərəbistanı onlara qarşı qiymət müharibəsinə başlayacaq. Sputnik Azərbaycan "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə "Dow Jones" agentliyində olan mənbə bildirib.

Qiymət yenə bahalaşıb, amma bu artım bizi sevindirir

Məlumata əsasən bunu Səudiyyə Ərəbistanın Energetika naziri Abdulaziz ben Salman əl-Saud iyunun 18-i "OPEC+" ölkələrinin videokonfransında bildirib.

O bəyan edib ki, əgər bu ölkələr razılaşmaya qarşı çıxsalar, krallıq neft qiymətlərini kəskin şəkildə aşağı salacaq və hər iki ölkənin mövqelərini zəiflədəcək: "Biz sizin alıcılarınızı bilirik".

Qeyd olunur ki, Səudiyyə Ərəbistanın sərt mövqeyi OPEC daxilində fikir ayrılıqlarını artırır. Lakin Səudiyyə Ərəbistanı öz məqsədinə çatmaq üçün neft qiymətlərini aşağı salmaq iqtidarında olduğunu göstərib. Belə ki, bu ilin martın əvvəlində Rusiya ilə münaqişə zamanı Avropaya neft tədarükü zamanı maksimum şəkildə güzəşt təklif edib.