RUSİYA

Rusiyada koronavirusa yoluxanların sayı 660 mini keçdi

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 661165-ə çatıb. Rusiyada pandemiya yayılandan 9638 nəfər COVID-19-dan vəfat edib.
Sputnik

BAKI, 2 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6760 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 147 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 661165-ə çatıb. Rusiyada pandemiya yayılandan 9638 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 6047 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 428978-i keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,6 milyonu keçib, 516 mindən çox adam isə virus səbəbilə ölüb.