SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident və Birinci vitse-prezidentdən Polis Günü ilə bağlı paylaşım

İlham Əliyev polisləri “Facebook” hesabından, Mehriban Əliyeva isə "Instagram" səhifəsində paylaşım etməklə təbrik ediblər
Sputnik

BAKI, 2 iyul – Sputnik. Prezident İlham Əliyev 2 iyul - Azərbaycan Polis Günü ilə bağlı “Facebook” hesabında paylaşım edib.

Sputnik Azərbaycan xəbər verir ki, paylaşımda deyilir: “Qanunun keşiyində duran, ictimai asayişi qoruyan, daim Azərbaycan vətəndaşının yanında olan polis öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir”.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva da polis əməkdaşlarının peşə bayramı münasibətilə təbrik ünvanlayıb. Mehriban Əliyevanın "Instagram" səhifəsində paylaşım edilib.

Təbrikdə deyilir: "Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram".